
Hələ sovetlər dövründə ermənilərin Qarabağ ərazisinə kütləvi köçü ilə bağlı bir neçə tematik abidə mövcüd idi. Məsələn, bu 1978-ci ildə ermənilər tərəfindən Ağdərə rayonunun ərazisində ucaldılan və İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyinə həsr edilən abidənin foto şəklidir. Hündürlüyü təxminən 3 metr olan “Qızlar bulaq başında” kompozisiyasından ibarət “Marağa – 150” abidəsinin üzərində erməni dilində “Marağa 150” yazısı, 1828-1978 rəqəmləri həkk olunmuşdu. Lakin sonradan yerli əhalini didərgin salıb, Qarabağı öz adlarına çıxmaq məqsədi ilə erməni miqrantlarının bu ərazilərə gəlməsinin başlanğıcını nümayiş etdirən bu tipli abidələr qəsdən dağıdılmağa başladı. Faşist ideologiyasını bayraq edən mənfur qonşular köçəri olduqlarını sübut edən tarixi dəlillərin məhvinə çalışsa da, yaddan çıxardı ki, tarixi ədalət gec-tez bərpa olunacaq. Və bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında yeni tarixi reallıqları yaradır.

