KONKRET.AZ xəbər verir ki, “Orbeli” Mərkəzinin Azərbaycan məsələləri üzrə mütəxəssisi Taron Ovannisyan Azərbaycanda son illərdə keçirilən hərbi təlimləri şərh edib. O bildirib ki, 2016-2019-cu illərdə Azərbaycanda 10 min və daha çox əsgər və zabit heyətinin iştirak etdiyi 11 hərbi təlim keçirilib. 2016-cı ildə iki, 2017-2019-cu illərdə isə üç hərbi təlim keçirilib. Erməni tərəfi bəzən bunu fövqəladə bir hadisə kimi qəbul edir. Amma bu, Azərbaycan tərəfinin Ermənistan Ordusuna psixoloji təzyiqindən başqa bir şey deyil”
Onun sözlərinə görə, bu təlimlərin 30 faizi hücum, 70 faizi isə əks hücum strategiyasını mənimsəmək məqsədi daşıyıb. Erməni hərbi ekspert güman edir ki, təlimlərdə 2016-cı ilin aprelində müharibə zamanı yol verilən nöqsanlar üzərində ciddi iş aparılıb.
Fadil PAŞAYEV
