Təbii qazın qiyməti bahalaşdıbackend

Təbii qazın qiyməti bahalaşdı

Avropada təbii qazın qiyməti artıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, avqustun 10-da TTF (Title Transfer Facility) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 734,4 ABŞ dolları təşkil edib.

Bu göstərici əvvəlki hesablama qiyməti ilə müqayisədə 10,8 faiz çoxdur. Öncəki hesablama qiyməti 662,6 dollar olub.

Qeyd edək ki, TTF Niderlandda yerləşən və Avropanın ən likvid virtual qaz ticarəti mərkəzi hesab olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqlinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*