Məlumatlı diplomatik mənbələrdən məlum olduğu kimi, yaxın saatlarda Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı, habelə Rusiya Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanatı gözlənilir.
KONKRET.az xəbər verir ki, Rusiyanın vasitəçiliyi ilə qarşı tərəflər sistemli barışıq barəsində razılığa gəliblər. Razılaşma Böyük Siyasi Sazişin hazırlanmasına zəmin hazırlayacaq.
Məlumata görə, Ermənistan Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və çətin olan ərazilərdən çıxarılması üçün kapitulyativ öhdəliklər götürür (işğal altında olduğu dövrdə Ermənistan bu bölgədə dərin sığınacaqlı bir istehkam yaratmışdı). Bundan əlavə, Azərbaycan Şuşa şəhəri də daxil olmaqla aktiv döyüş əməliyyatları zamanı qazandığı döyüş mövqelərini qoruyub saxlayır.
Azərbaycan və Ermənistan Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə dair razılığa gəliblər. İlkin razılığa görə, Rusiya qoşunları qarşı-qarşıya gələn qüvvələr arasında sərhəd kordonu rolunu oynayacaq. Bununla yanaşı, tərəflər Qarabağ probleminin son həllində Türkiyə hökumətinin fəal iştirakı barədə razılığa gəliblər.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın son statusu sonrakı danışıqlar zamanı müəyyənləşdiriləcək.
Noyabrın 10-u səhər Azərbaycan və Ermənistanın müdafiə nazirləri sistemli atəşkəsin təfərrüatlarını müzakirə etmək üçün Moskvaya gedəcəklər.
Mənbə: haqqın.az

Əlbəttə helikopterin vurulması fırıldağı bununla nəticələnməliydi…:D