“Təəssüflər olsun ki, Fransa bizi maraqlarına SATDI” – Aleksanyanbackend

"Təəssüflər olsun ki, Fransa bizi maraqlarına SATDI" - Aleksanyan

“Biz Fransadan başqa addımlar gözləyirdik, təəssüflər olsun ki, bu, baş vermədi, Fransa bizi maraqlarına satdı”.

KONKRET.az xəbər verir ki, bunu erməni yazıçı və ekspert Qrant Aleksanyan yazıb.

“Fransadan olan ermənilərin əksəriyyətinin gözləntiləri ənənəvi olaraq yüksəkdir, baxmayaraq ki, bunun üçün tutarlı əsaslar yoxdur.

Zaman dəyişir, dövlətlər də öz maraqları ilə dəyişir. Buna baxmayaraq, Fransa Ermənistana sevgisini nümayiş etdirməkdə davam edir və bunu müxtəlif bəyanatlarla ifadə edir.

Dünən Fransanın qanunverici orqanının rəhbəri İrəvanda bildirib ki, Qarabağ münaqişəsi həll olunmayıb, ATƏT-in “Minsk qrupu” çərçivəsində danışıqlara və  beynəlxalq qərara ehtiyac var. Həmçinin, Fransa Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımır.

Təsəvvür edirsiniz, Fransanın mövqeyinə Ermənistan hökuməti çox soyuq yanaşdı. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycandan kənarda görmür. Kapitulyasiya edənlərin başa düşdüyü beynəlxalq ictimaiyyət yalnız Türkiyə və Azərbaycandır.

Bəli, Fransa Ermənistana siyasi və mənəvi dəstək verir, buna görə biz əlbəttə ki, minnətdar olmalıyıq. Buna baxmayaraq, fransız yardımının forma və məzmununa görə nə həvəsləndirmək, nə də ruhdan salmaq olmaz. O ölkənin də Azərbaycanda çox real maraqları var ki, bunlara göz yummaq olmaz. Müxtəlif mənbələr bildirirlər ki, son illərdə fransız şirkətləri milyardlarla mənfəət perspektivi ilə qonşu düşmənimizin ölkəsinə 5 milyard dollardan çox sərmayə qoyublar. Fransızların o pulu israf etmək niyyəti yoxdur.

Biz çox istərdik ki, Fransa bizə praktiki olaraq kömək etsin, xüsusən də Qarabağ və Ermənistanın təhlükəsizlik məsələlərində. Belə görünür ki, fransızların bu istiqamətdə heç bir niyyəti və imkanları yoxdur. Ola bilsin ki, fəlakət baş verərsə, bizi xilas etmək üçün yenidən gəmilər göndərəcəklər, amma bu, çox simvolik olacaq. Gəmilər dağlarda üzmür.

Biz fəlakətin qarşısını almalıyıq ki, başqalarının gəmilərinə ümumiyyətlə ehtiyac olmasın”, – deyə Aleksanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*