“Təhlükəsizlik Xidmətinin əməkdaşları” qadını qaçırıblar – Ermənistandabackend

 “Təhlükəsizlik Xidmətinin əməkdaşları” qadını qaçırıblar - Ermənistanda

İrəvanda özlərini MTX (Milli Təhlükəsizlik Xidməti) əməkdaşları kimi təqdim edən iki naməlum şəxs qadını qaçırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə çərşənbə günü baş verib. Qadın ailəsi ilə birlikdə İrəvanın kənarındakı San Marko hovuz kompleksinin ərazisində dincəlirmiş. Qara geyimli maskalı iki nəfər ona yaxınlaşaraq özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək qadını dayanacağa apararaq BMW markalı avtomobilə mindiriblər və naməlum istiqamətə yollanıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib və müşahidə kameralarının görüntüləri götürülüb. Şahidlər dindirilib. Hazırda həm zərərçəkmiş, həm də hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*