İranın “Tasnim” xəbər agentliyi Möhsün Rzayinin Ali Milli Təhlükəsizlik Şurasına təyinatı ilə bağlı yaydığı məlumatı xəbər lentindən çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Khabar Online” məlumat yayıb.
Məlumata görə, “Tasnim” agentliyi daha əvvəl Möhsün Rzayinin ölkənin Ali Rəhbərinin nümayəndəsi kimi Ali Milli Təhlükəsizlik Şurasının heyətinə qatıldığı barədə xəbər dərc etmişdi.
Lakin qısa müddət sonra həmin məlumat agentliyin rəsmi resurslarından silinib.\\Musavat.com

