“Təhsil Nazirliyi özünü nə hesab edir?!“ – “Bunun adı vicdansızlıqdır!“backend

“Təhsil Nazirliyi özünü nə hesab edir?!“ - “Bunun adı vicdansızlıqdır!“

“Körpələrə qarşı bu münasibət insanlığa sığmayan hərəkətdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Qeyd edək ki, Kamran Əsədov şəxsi “Facebook” hesabında Şabran şəhər 1 saylı körpələr evi ilə bağlı fotolar paylaşıb. Həmin görüntüdən məlum olur ki, uşaqlar acından ağlayırlar. Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ekspert məsələ ilə bağlı dövlət qurumlarına müraciət etdiyini bildirib:

“Bu vəhşilikdir. Həmin məsələyə görə, Şabran rayonu təhsil şöbəsi, Təhsil Nazirliyinin bağçalara məsul olan şəxsi işdən çıxarılmalıdır. İnsanlığa sığmayan vəhşilikdir. Vicdansızlıqdır. Bu dəqiqə ürəyim partlayır”.

K.Əsədov işgəncə düşərgələrində belə uşaqlara bu qədər əzab verilmədiyini söyləyib:

“Təsəvvür edin ki, uşaqların ağlaşma səsini dinləmişəm. İşgəncə düşərgələrin də heç bu əzabı vermirlər. Bu qədər oğurluq olmaz. Bəsdirin də, camaatın balasının başına oyun açdınız. Evdə pişiyə, itə belə  o peçenyeni bütöv atırıq. Bunlar 4 hissəyə bölüb, uşağa verirlər. Şərəfləri yoxdur”.

Kamran Əsədov qeyd edib ki, körpələr evinin rəhbəri birmənalı şəkildə cəzalandırılmalıdır:

“Uşaq bağçalarında oğurluq etmək olmaz. Dövlət büdcəsindən tam qida menyusu verilir. Mən bütün dövlət qurumlarına müraciət edirəm. Təhsil Nazirliyi özünü nə hesab edir?! Bu qədər yiyəsizlik olar? Dövlət bağçaları Təhsil Nazirliyinə verdi ki, vəziyyət düzəlsin. Amma daha da pisə doğru gedir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*