Təhsil Nazirliyi: “Tələbələr yaradılmış bu fürsətdən yararlanmalıdırlar”backend

Təhsil Nazirliyi: "Tələbələr yaradılmış bu fürsətdən yararlanmalıdırlar"

Tədris prosesinin dayandırıldığı müddət ərzində tələbə və şagirdlərə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

Təhsil Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, martın 11-dən başlayaraq bütün orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üzrə vahid teledərslər təşkil edilib, bir sıra orta ümumi təhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkili başlayıb və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinə də təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində öz tövsiyələrini verib və bu fəaliyyət hazırda bır sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub.

Bununla bağlı Nazirlik bildirir ki, tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunması məqsədilə həyata keçirilir. Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılmış bu fürsətdən mümkün qədər yararlanmalıdırlar.

Bununla yanaşı, təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsi ilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmaması (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığını və əhatəliyini) nəzərə alınmalıdır.

  • Elnazə
    Mart 30, 2020 - 20:12

    Dağ rayonunda yaşayan tələbələri də nəzərə alın.

  • Ülkər
    Mart 31, 2020 - 08:34

    Bəzən müəllimlər zoom, Skype proqramları tələb edir uzaqdan dərs keçmək üçün. Bizdə də o yoxdu. Bəziləri isə telefonu interneti dəstəkləmir.
    Bəzi kəndlərdə isə internet şəbəkəsi ya yoxdu, ya da valideynin vifi yoxdu
    Bu məcburidir ki? Yoxsa sadəcə fasiləsizlik olsun deyə edilir. Müəllimləri də kimsə məcbur etmir ki buna?

  • Samirə
    Mart 31, 2020 - 22:19

    4 cu qrup həkim peşəsinin balı çox yüksəkdir.mənim kimi hər bir vətəndaş öz dövlətinə layiqli həkim olmaq istəyir.Sizdən xahiş edirəm ki,balları aşağı salin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*