“TEKNOFEST Azərbaycan” işinə davam edirbackend

“TEKNOFEST Azərbaycan” işinə davam edir

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə davam edir.  

KONKRET.az xəbər verir ki, festivalın ikinci günündə  “Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar, Türkiyə Respublikasının Sənaye və Texnoloji Nazir müavini Mehmet Fatih Kaçır çıxış edəcəklər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq. İkinci günün sonunda təşkil edilən konsert proqramında EXCELLENT CİVA Cəmilə, Jozeph Abbas, Dərviş, Gray Band, Mila Miles, Teymur Süleymanlı(Sax), Sultan Drums, DJ DİHAŞ iştirak edəcəklər.  Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. 26 may başlayan festival mayın 29-una qədər davam edəcək.

Festivalda iştirak üçün 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*