“Təl-Əviv ölkənin daxili şəraitini İranla müharibəyə hazırlayır” – İsrail Ordusunun Baş Qərargah rəisibackend

"Təl-Əviv ölkənin daxili şəraitini İranla müharibəyə hazırlayır" - İsrail Ordusunun Baş Qərargah rəisi

“Təl-Əviv ölkənin daxili şəraitini İranla müharibəyə hazırlayır”.

KONKRET.az xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Kohavi deyib.

O bildirib ki, İranın nüvə proqramına qarşı hərbi variant İsrailin milli təhlükəsizlik planlarının başında dayanır və ordu buna uyğun hazırlıq görür.

Təl-Əvivin ölkənin daxili şəraitini müharibəyə hazırladığına işarə edən Aviv Kohavi İranın nüvə proqramına qarşı hərbi əməliyyatların mümkünlüyündən danışıb.

O, iyulun 17-də İsrail ordusunun İrana hücuma hazırlaşdığını vurğulayıb və əlavə edib: “Biz istənilən vəziyyətə və ssenariyə hazırlaşmalıyıq”.

Onun sözlərinə görə, bu sahədə tələb olunan müxtəlif əməliyyat planları, lazımi maliyyə və insan resursları, məlumat və təlimlər hazırlanır. İsrail belə bir əməliyyatı həyata keçirmək üçün lazımi silahları əldə etməyə çalışır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*