Telefon fırıldaqçılığının yeni bir növü barədə xəbərdarlıq edildibackend

Telefon fırıldaqçılığının yeni bir növü barədə xəbərdarlıq edildi

Rusiya Ədliyyə Nazirliyi pul tələb edən yeni telefon fırıldaqçıları barədə xəbərdarlıq edib.

Konkret.az xəbər verir ki, “Naməlum şəxslər telefonla vətəndaşlarla əlaqə saxlayır və özünü müstəntiq və ya digər dövlət qurumlarının işçiləri kimi təqdim edərəkmüxtəlif üsullarla insanlardan pul qopara bilirlər”,- deyə nazirliyin yadığı press-relizdə bildirilir. Xüsusi proqramların köməyi ilə fırıldaqçıların nömrələri Ədliyyə Nazirliyinin nömrəsi olaraq göstərilir.

Fırıldaqçı insanları müxtəlif xidmətlər üçün əlavə pul ödəməyə inandırır və bəziləri buna müvəffəqiyyətlə nail olur. Bu cür fırıldaqçılıqdan yaranan zərər hələ deyilmir. Polis faktla bağlı araşdırmalar aparır, Baş Prokurorluq istintaqı izləyir.

Konkret.az saytı olaraq bildiririk ki, bu fırldaqçılıq Azərbaycanda da yayıla bilər

Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*