“Teleradio”ya yeni rəhbər təyin edildibackend

“Teleradio”ya yeni rəhbər təyin edildi

Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası MMC-nin (Teleradio) rəhbəri dəyişib.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*