Tevanyandan ETİRAF: “Laçın dəhlizi Azərbaycana görə yox, Ermənistan hakimiyyətinin mövqeyinə görə bağlanıb”backend

Tevanyandan ETİRAF: “Laçın dəhlizi Azərbaycana görə yox, Ermənistan hakimiyyətinin mövqeyinə görə bağlanıb”

“Kövrək təhlükəsizlik şəraitində Rusiya ilə münasibətləri korlamaq səhvdir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının nümayəndəsi Andranik Tevanyan deyib. O, Ermənistan rəhbərliyini Moskva ilə münasibətləri qəsdən pisləşdirməkdə ittiham edib.

Tevanyan ölkənin düşdüyü çətin vəziyyəti daha çox Ermənistan rəhbərliyinin məğlubiyyətçi və yanlış siyasəti ilə əlaqələndirib. Tevanyan Ermənistanın öz ərazisində KTMT təlimləri keçirməkdən imtina etməsini də tənqid edib. Bunu, Rusiya ilə münasibətləri pisləşdirməyə yönəlmiş siyasətin ən bariz nümunəsi adlandırıb. Laçın dəhlizinin Azərbaycanın siyasətinə görə deyil, həm də Ermənistan hakimiyyətinin mövqeyi nəticəsində bağlandığını diqqətə çatdırıb.

Tevanyan çıxışında təmsil etdiyi partiyanın Laçın dəhlizinin bağlanması ilə bağlı layihə hazırladığını deyib. O əlavə edib ki, parlamentdə çoxluqla təmsil olunan Ermənistan hakimiyyəti danışıqlara xələl gətirməmək həmin layihənin qəbuluna mane olub. Erməni deputat hakim partiyanın davranışını əsassız saydığını bəyan edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*