Təxirə salınan toylar bazarı qızışdırır – Şadlıq sarayları bahalaşmaya gedəcək?backend

Təxirə salınan toylar bazarı qızışdırır – Şadlıq sarayları bahalaşmaya gedəcək?

Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması hər il toy bazarında müəyyən durğunluq yaradır. Lakin bu dövrdə təxirə salınan məclislərin sonrakı aylarda keçirilməsi şadlıq sarayları və xidmət sektorunda tələbatın artmasına səbəb olur.

Bəs Məhərrəmlikdən sonra toyların kütləvi şəkildə bərpa olunması qiymətlərin yüksəlməsinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, Məhərrəmlik ayı ilə bağlı gözləntilər əvvəlcədən məlum olduğundan bazarda qeyri-müəyyənlik yaranmır.

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

Onun sözlərinə görə, bu dövrdə keçirilməyən toyların böyük hissəsi sonrakı aylara təxirə salınır və nəticədə qısa müddətdə tələbat artır:

“İnsanlar Məhərrəmlik ayında etmədikləri toyları daha sonra keçirməyə çalışırlar. Bu da müəyyən dövrdə toyların sayının artmasına səbəb olur. Tələbin çoxalması isə şadlıq saraylarına üstünlük qazandırır. Əgər əvvəllər müştəri cəlb etmək üçün endirimlər tətbiq olunurdusa, tələbatın yüksəldiyi vaxtlarda həmin endirimlərdən imtina edilə bilər”.

İqtisadçı qeyd edib ki, bu təsir əsasən qısamüddətli xarakter daşıyır və bazarda kəskin qiymət sıçrayışına səbəb olmur.

“Toy qiymətləri əsasən toyların sayından, yəni bazardakı tələbdən asılıdır. Digər mühüm amil isə ərzaq və digər xidmət xərcləridir. Qiymətlər bu iki faktorun təsiri altında formalaşır”, – deyə iqtisadçı vurğulayıb.

Mütəxəssisin fikrincə, Məhərrəmlikdən sonra toyların sayında artım müşahidə olunsa da, qiymətlərə təsir daha çox qısamüddətlidir. Bazarın ümumi qiymət siyasətini əsasən xərclər və ümumi tələb müəyyənləşdirəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*