Teymur Rəcəbovdan ikinci QƏLƏBƏbackend

Teymur Rəcəbovdan ikinci QƏLƏBƏ

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla Dinq Lirenə (Çin) 26-cı gedişdə qalib gəlib. Bu, onun turnirdə 2-ci qələbəsi olub. Hazırda 6 xalı olan təmsilçimiz turnirin qalibi olma şanslarını itirib.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.

Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*