Təyyarə yanğınsöndürən maşınla toqquşdu: Ölənlər var – VİDEObackend

Təyyarə yanğınsöndürən maşınla toqquşdu: Ölənlər var - VİDEO

Perunun paytaxtı Limanın beynəlxalq hava limanında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşın toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ən azı iki nəfər ölüb.

Belə ki, təyyarə uçuş-enmə zolağında sürətlə alovlanıb və hava limanındakı yanğınsöndürən maşınlardan biri ilə toqquşub. Avtomobildə olan iki nəfər həlak olub.

Təyyarənin sərnişinləri və ekipaj üzvləri təxliyə edilib.

Hazırda ölkənin hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*