Təyyarədə bomba həyəcanı: Hava limanının fəaliyyəti dayandırıldıbackend

Təyyarədə bomba həyəcanı: Hava limanının fəaliyyəti dayandırıldı

Oktyabrın 8-də saat 02:35-də Astana-Almatı reysi ilə uçan təyyarədə bomba həyəcanı yaşanıb. 

KONKRET.az “Zakon.kz”a istinadən xəbər verir ki, sərnişinlərdən biri əl yükündə bomba olduğunu iddia edib.

Məlumata görə, həyəcan siqnalı verilib və təyyarənin 166 sərnişini təxliyə edilib. Hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb.

Təyyarə yoxlanıldıqdan sonra bomba tapılmayıb.

Müəyyən edilib ki, 33 yaşlı Almatı sakini sərxoş vəziyyətdə olub və stüardessaya əl yükündə bomba olduğunu deyib.

Həmin şəxs barəsində cinayət işi başlanıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*