İsrailin Təl-Əviv şəhərində Belçika vətəndaşları olan cütlük bileti olmadığı üçün təyyarəyə buraxılmayan körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyublar.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, polis körpəni nəzarətsiz qoyan valideyinləri saxlayıb.
“Jerusalem Post” qəzetinə danışan aviaşirkət rəsmisi bildirib ki, nəzarət zolağında qalan körpənin vəziyyəti yaxşıdır.
İqbal Rzayev,
KONKRET.az
