“Tezliklə Ermənistan yollarında Azərbaycan postları qurulacaq” – Zakaryanbackend

"Tezliklə Ermənistan yollarında Azərbaycan postları qurulacaq" - Zakaryan

“Baş nazir Nikol Paşinyan artıq Ermənistanın ikinci təslimçi hərəkətinə başlayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasının üzvü Artak Zakaryan özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, ictimaiyyətin diqqətini daha vacib problemlərdən yayındıran manevrlər çox ustalıqla təşkil edilir.

“Rəngarəng şənliklərə, yeni həbslərə, bir neçə yeni qalmaqala və Nikol Paşinyanın söylədiyi son cəfəngiyatlara qapılmış cəmiyyət bir gün oyanar və öz sevimlisi Nikolun Ermənistanın yarıtəslim edilməsi sənədinə imza atdığını görər. Çox yaxında birdən-birə türklərin bizdən soruşmadan, iradəmizi, istəyimizi, haqqımızı nəzərə almadan Ermənistanın yolları boyunca hər yerdə necə hərəkət edəcəklərini görəcəksiniz. Dəmiryolu və asfalt çəkəcək, yollara türkcə işarələr qoyacaq, yaşayış məntəqələrinin adlarını dəyişdirəcək, otlaqlarımızda sürü otaracaq, insanları qaçıracaq, fidyə tələb edəcək, uşaqları qorxudacaqlar və s.”, – deyə Zakaryan qeyd edib.

O əlavə edib: “Üstəlik, Ermənistan daxilində, yolun bəzi hissələrində postlar olacaq və bu postlarda azərbaycanlılar sonradan avtomobilin baqajlarını və sənədlərini yoxlamaq üçün erməniləri saxlayacaqlar”./yenisabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*