backend

"The Guardian" Ermənistanın Azərbaycan şəhərlərinə etdiyi raket hücumlarından yazdı

Məqalədə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində Ermənistanın qəbul etməsi mümkün olmayan döyüşlərin dayandırılması üçün şərtlər qoyub.

Portalda vurğulanır ki, “Dağlıq Qarabağ bizim torpağımızdır” deyən Prezident İlham Əliyev erməni silahlı qüvvələrini əraziləri sözlə deyil, əməllə tərk etməyə çağırıb. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi tam geri çəkilmə üçün bir cədvəl təqdim etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

“Prezidentin köməkçisi Hikmət Hacıyev də Dağlıq Qarabağla həmsərhəd olan Beyləqanda mülki əhali arasında itkilər olduğunu və ölkəsinin yaşayış məntəqələrini ermənilər tərəfindən atəşə tutmalarına qarşı cavab veriləcəyini bəyan edib. Bazar gününün sonlarında Hacıyev sənaye şəhəri Mingəçevirə hücum edildiyini deyib”.

Qəzet diqqəti bir daha münaqişənin tarixinə çəkib. Qeyd edilib ki, Türkiyə ermənilərin Tovuz təxribatından sonra Azərbaycanla birgə geniş hərbi təlimlərə qərar verib.

Portal daha sonra yazır: “Rusiya, ABŞ, Fransa və AB-nin atəşkəs çağırışlarına bu günə qədər məhəl qoyulmayıb və şiddət daha da pisləşməkdədir”.

Guardian Türkiyənin özəl təhlükəsizlik firmalarında işləyən 1000 Suriyalı döyüşçünün Azərbaycanın silahlı qüvvələrini dəstəkləmək üçün Qarabağa göndərildiyini, həm Ankara, həm də Bakı tərəfindən inkar edildiyini bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Guardian-a bildirib ki, Türkiyənin Azərbaycana verdiyi dəstək “yalnız hərbi təlim və Ermənistana diplomatik təzyiq göstərməklə məhdudlaşır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*