Sosial şəbəkələrdə avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb.
KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, “TikTok” sosial şəbəkəsində yayımlanan avtomobil elanları ilə bağlı beh ödəyən şəxslərin aldadılması barədə polisə müraciətlər daxil olub.
Vətəndaşlar müraciətlərində bildiriblər ki, avtomobillərin kreditlə satışı barədə elanlar paylaşan həmin səhifə ilə əlaqə saxlayıblar. Onların sözlərinə görə, qarşı tərəfin tələbi ilə beh göndəriblər, ödənişdən sonra isə səhifədə bloklanıblar.
Bakının Nərimanov rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən dələduzluq əməllərini edən Elvin Məhərrəmov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
