Qız üstündə mübahisəyə görə həmyaşıdını bıçaqladı – MƏHKƏMƏbackend

Qız üstündə mübahisəyə görə həmyaşıdını bıçaqladı – MƏHKƏMƏ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Həzrət Bilalovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Həzrət Bilalova şərti cəza verilib.

İttihama görə, hadisə bu il saat 00:20 radələrində Sabirabad rayonunun Axısxa kəndi ərazisində baş verib.

Belə ki, Həzrət Bilalov həmyaşıdı, zərərçəkmiş Hacı Qasımovla qarşılaşıb. Söhbət zamanı Hacı Qasımov ona sevdiyi qız guya Həzrət Bilalovun da sevdiyi barədə məlumatlar yaydığını bildirib. O, həmçinin həmin xamımla aralarındakı sevgi münasibətlərinin həqiqətə uyğun olmadığını və onun qızı aldatdığını söylədiyini deyib.

Bu sözlər tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Hacı Qasımovun Həzrət Bilalovu nalayiq ifadələrlə söyərək təhqir etməsi də qarşıdurmanı daha da kəskinləşdirib.

Daha sonra Həzrət Bilalov ona deyilən sözlərə və edilən təhqirlərə görə qisas almaq niyyəti ilə üzərində olan mətbəx bıçağından istifadə etmək qərarına gəlib. O, bıçaqla Hacı Qasımovun qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsin qarınının ön səthində, ağ xətt boyunca, qabırğa qövsü səviyyəsində qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payının və mədənin kiçik əyriliyinin zədələnməsi ilə müşayiət olunan xəsarətlər yaranıb.

Hadisədən sonra Həzrət Bilalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*