Tixanovskaya-Lukaşenko mübarizəsində YEKUN NƏTİCƏLƏRbackend

Tixanovskaya-Lukaşenko mübarizəsində YEKUN NƏTİCƏLƏR

Belarus Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin son nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, MSK-nın açıqladığı nəticələrə görə, seçicilərin 80,1 faizi hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya, 10,1 faizi müxalifət namizədi Svetlana Tixanovskayaya səs verib.

Belarus parlamentinin aşağı palatasının deputatı Anna Kanopatskaya 1,6 faiz, “Həqiqəti söylə” İctimai Birliyinin həmsədri Andrey Dmitriyev 1,2 faiz, Belarus Sosial Demokrat Partiyasının (“Hramada”) sədri Sergey Çereçen isə 1,14 faiz səs toplayıb. 4.59 faiz hamısının əleyhinə səs verib.

Tixanovskaya MSK-ya ilk seçki nəticələrini tanımadığını iddia edərək şikayət edib. Müxalifət qərargahı hesab edir ki, seçki məntəqələrindən müstəqil toplanmış məlumatlar onun seçicilərin 70-80 faizinin dəstəyini alaraq seçkilərdə qalib gəldiyini göstərir.  MSK onun şikayətlərini rədd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*