Tofiq Yaqublu hökmdən apellyasiya şikayəti verdibackend

Tofiq Yaqublu hökmdən apellyasiya şikayəti verdi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bunu KONKRET.az-a açıqlamasında vəkil Aqil Layıc deyib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*