Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna müharibəsini dondurmağa və İstanbul danışıqlarına qayıtmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Tokayev bu təklifi Omskda Putinlə keçirdiyi görüş zamanı səsləndirib.
“Bəlkə də artıq bu münaqişəni dondurmağın və İstanbul formatına qayıtmağın vaxtıdır. Çünki həmin danışıqlarda mühüm nəticələr əldə edilmişdi”, – deyə Qazaxıstan lideri vurğulayıb.
Günay Əli
KONKRET.az
