Tomas de Vaal: “Bu, ermənilər üçün alçaldıcı bir məğlubiyyətdir”backend

Tomas de Vaal: "Bu, ermənilər üçün alçaldıcı bir məğlubiyyətdir"

Ermənistan cəmiyyətində bu gün şoka səbəb olan amillərdən biri də Baş nazir Nikol Paşinyanın xalqı hazırlamaq üçün heç bir şey etməməsi və hətta müqavilənin imzalanmasından bir neçə saat əvvəl qələbədən danışmasıdır”.

KONKRET.az xəbər verir ki, “Haqqın.az” portalı məşhur İngilis analitik, Qarabağ probleminin tədqiqatçısı, “Carnegie Europe”-un baş tədqiqatçısı, Qafqaz üzrə ekspert Tomas De Vaalın fikirlərini bölüşüb. Ekspert daha sonra deyir ki, “bu, erməni tərəfi üçün alçaldıcı bir razılaşmadır, baxmayaraq ki, hələ kifayət qədər müzakirə olunmayan tamamilə anlaşılmaz məqamlar var.

 “Bu, ermənilər üçün böyük məğlubiyyətdir”, – deyən De Vaal vurğulayıb ki, “Şuşanın tutulması Azərbaycan tərəfinin qələbəsinə kifayət edirdi. İmzalanmış müqavilə azərbaycanlılara sevinmək üçün bir-çox əsaslar verir. 7 bölgənin nəzarətinin Azərbaycana keçməsi onlar üçün əlavə stimul olacaq”.

“Bu ölkə xəyal edə biləcəyindən daha çox şey aldı”, – deyə De Vaal əlavə edib.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*