Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı vəzifəsində saxlayıbbackend

Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı vəzifəsində saxlayıb

ABŞ-nin Türkiyədəki səfiri, İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın səlahiyyət müddəti uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Tramp bildirib ki, Tom Barrak Türkiyədə səfir kimi müstəsna fəaliyyət göstərib və bu vəzifəsini icra etməyə davam edəcək.

Qərarın ABŞ-nin Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığını və artan əlaqələrini daha da gücləndirmək məqsədi daşıdığı qeyd olunub.

Məlumata görə, səfir Barrakın fəaliyyətinin ABŞ Dövlət Departamenti tərəfindən tam dəstəkləndiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*