Tramp: “Bayden ABŞ-ni qan gölünə sürükləyir”backend

Tramp: “Bayden ABŞ-ni qan gölünə sürükləyir”

Qeyri-adi açıqlamaları və təzyiqlərə baxmayaraq artan populyarlığı ilə 2024-cü il prezident seçkilərinə hazırlaşan ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Bayden haqqında sərt fikirlər səsləndirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, öz çıxışında bildirib ki, Bayden ABŞ-nin baş komandanı olmağa layiq deyil: “Bayden ölkəni “qan gölünə” çevirəcək”.

ABŞ-nin hazırkı prezidentinin xarici siyasətdəki zəifliklərinə işarə edən Tramp sözlərini belə ifadə edib: “Co Bayden ölkəmizi Üçüncü Dünya Müharibəsinə doğru aparır və onun yaratdığı “qan gölməçəsi” həm ölkəni, həm də dünyanı daha da pisləşdirəcək. Co Baydenin baş komandan olmağa yararsız olduğu heç vaxt bu qədər aydın olmamışdı”.

O, Co Baydeni zəif, bacarıqsız və korrupsioner kimi də xarakterizə edib. Donald Tramp iddia edib ki, Baydenin bütün hərəkətləri, o cümlədən 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarı Vaşinqtonun düşmənlərini cəsarətləndirib, eyni zamanda xaos və terrorizmi stimullaşdırıb.

“Amerika xalqı təhlükəsizliyi naminə fırıldaqçı Co Baydeni və onun bütün uğursuz administrasiyasını ölkədən çıxarmalıdır. Əks halda, indiki administrasiya ölkəmizə daha böyük itkilər gətirəcək”, – deyə o bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*