Tramp NATO sammitindən qayıdarkən başqa təyyarəyə mindiyini təsdiqlədibackend

Tramp NATO sammitindən qayıdarkən başqa təyyarəyə mindiyini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp NATO sammitindən sonra Türkiyədən qayıdarkən başqa təyyarəyə mindiyi barədə məlumatı təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, ona başqa reyslə və başqa təyyarə ilə uçmaq təklif olunub və demək olar ki, seçim imkanı olmayıb.

“Onlar mənim başqa reyslə, başqa təyyarə ilə uçmağımı istəyirdilər. Demək olar ki, seçimim yox idi. Düşünürəm ki, həqiqətən də təhlükə var idi. Bu barədə çox sual vermədim, mənə tez-tez hədələr gəlir. Düşünürəm ki, əslində mənim uçduğum təyyarə daha böyük risk altında idi”, – deyə Tramp bildirib.

Associated Press-in yazdığına görə, Tramp təyyarədə qalan insanların (Ağ Ev əməkdaşları, təhlükəsizlik xidmətinin əməkdaşları, yardımçı heyət, eləcə də jurnalistlər) Trampın həmin təyyarədə olmadığını bilməyiblər.

Məlumata görə, prezidentin təyyarəsinin dəyişdirilməsi təhlükəsizlik təhdidi ilə əlaqədar həyata keçirilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*