Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək üçün Federal Seçki Komissiyasına (FSK) müraciət edib.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə siyasətçi bəyanatla çıxış edib.
“Amerikanın inkişafı üçün bu gün mən yenidən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm”, – Tramp çıxışı zamanı deyib.
O, həmçinin demokratların yürütdüyü siyasəti tənqid edib:
“Biz radikal demokratları məğlub edəcəyik və ölkəmizin məhvini dayandıracağıq”.
Qeyd edək ki, Donald Tramp 2017-2021-ci illərdə ABŞ-ın 45-ci prezidenti olub.
İqbal Rzayev,
KONKRET.az
