Trampdan Rusiyaya qarşı yeni sanksiya ANONSUbackend

Trampdan Rusiyaya qarşı yeni sanksiya ANONSU

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı növbəti məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması ilə bağlı sualları cavablandırıb. O, Rusiyanın enerji sektoruna, xüsusilə neft qiymətlərinin dinamikasına diqqət çəkərək, sanksiya məsələsinin gündəmdə olduğunu bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin “Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəkmi?” sualına Tramp qısa və konkret münasibət bildirib:

“Biz bu məsələni nəzərdən keçiririk”.

ABŞ lideri qlobal enerji bazarındakı vəziyyətə də toxunaraq, neft qiymətlərindəki kəskin enişə diqqət çəkib:

“Biz neftin qiymətinin necə kəskin ucuzlaşdığını müşahidə edirik… Tezliklə qiymətlər dörd ay əvvəlki səviyyəyə qayıdacaq. Bu, sadəcə olaraq heyrətamizdir”.

Siyasi analitiklər Trampın bu açıqlamasını Rusiyanın gəlir mənbələrinə təzyiqlərin artırılacağı və Ağ Evin enerji siyasətindən geosiyasi alət kimi istifadə edəcəyi barədə siqnal kimi qiymətləndirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*