Trampdan dünyaya siyasi mesaj: Putin və Si Cinpini Stalin və Çörçilllə müqayisə etdi – FOTO backend

Trampdan dünyaya siyasi mesaj: Putin və Si Cinpini Stalin və Çörçilllə müqayisə etdi - FOTO 

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci il Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib.

KONKRET.az xəbər verir ki, Tramp bu kollajı “Truth Social” hesabında “Böyük güclər: 1945, 2026” başlığı ilə paylaşıb.

“Böyük güclər: 1945, 2026” başlığı ilə təqdim olunan kollajın bir tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin Yalta konfransında çəkilmiş tarixi fotosu, digər tərəfində isə Donald Tramp, Vladimir Putin və Si Cinpinin birgə görüntüsü yer alıb.

Kollajın bir tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin Yalta konfransında çəkilmiş fotosu, digər tərəfində isə Donald Tramp, Vladimir Putin və Si Cinpinin birgə görüntüsü yer alıb.

Xatırladaq ki, ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilib. Görüşdən əvvəl Tramp bu sammitin əhəmiyyətini vurğulayaraq onu Yalta konfransından da böyük hadisə kimi xarakterizə etmişdi.

Qeyd edək ki, 1945-ci ilin fevralında keçirilən Yalta konfransında üç müttəfiq dövlətin liderləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın formalaşdırılması məsələlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*