Trampdan gözlənilməz QƏRAR: Dörd mindən çox ABŞ ordusu…backend

Trampdan gözlənilməz QƏRAR: Dörd mindən çox ABŞ ordusu...

ABŞ Silahlı Qüvvələri Polşaya 4 mindən çox hərbçinin göndərilməsi planını ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Defense News” portalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ölkəyə 1-ci süvari diviziyasının 2-ci zirehli briqada döyüş qrupu və onunla əlaqəli hərbi texnikanın yerləşdirilməsi nəzərdə tutulurdu. ABŞ Ordusunun nümayəndəsi qərarı təsdiqləsə də, əlavə detalları açıqlamayıb və sualları Pentaqona yönləndirib. ABŞ Müdafiə Nazirliyi isə məsələyə münasibət bildirməyib.

Portalın məlumatına əsasən, planın dəyişdirilməsi barədə məlumat 11 may səhər saatlarında hərbçilər arasında yayılmağa başlayıb və bu xəbər onların ailə üzvlərinə də çatdırılıb. Lakin 12 mayda Konqresdə keçirilən büdcə dinləmələri zamanı ordu rəhbərliyi bu qərara toxunmayıb.

Eyni zamanda, senator Cek Rid ABŞ ordusunun uzunmüddətli əməliyyatlar, o cümlədən Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi və sərhəd təhlükəsizliyi əməliyyatları səbəbilə ən azı 2 milyard dollar büdcə çatışmazlığı ilə üzləşdiyini bildirib. ABC News-un əldə etdiyi hesabatlara görə, bu rəqəm 4–6 milyard dollar arasında ola bilər.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Almaniyadan təxminən 5 min hərbçinin çıxarılmasını və onların bir hissəsinin Avropanın şərq cinahını gücləndirmək üçün Polşaya yerləşdirilə biləcəyini açıqlamışdı. Hazırda Polşada rotasiya əsasında 10 mindən çox ABŞ əsgəri xidmət edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*