Trampdan süni intellektlə bağlı TƏKLİF backend

Trampdan süni intellektlə bağlı TƏKLİF 

ABŞ Prezidenti Donald Tramp süni intellekt anlayışının adlandırılması ilə bağlı maraqlı açıqlama verib. O, “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb.

KONKRET.az xəbər verir ki, bu barədə D.Tramp “Truth Social”da paylaşım edib.

““Fox News” və “The Wall Street Journa”l heç vaxt super intellekt (SI) ifadəsindən istifadə etmirlər. Onlar hər fürsətdə Süni İntellekt (AI) ifadəsini işlətməyə çalışırlar. Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır – söhbət süni deyil, super olan intellektdən gedir!” – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp teleaparıcı Şennon Brimin bu anlayışı dəfələrlə “süni” adlandırmasını tənqid edərək, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbəri Pol Atkinsin yaxın vaxtlarda “Super Intelligence” ifadəsinin istifadəsini məcburi edə biləcəyini qeyd edib:

“Şennon Brim onun süni intellekt (AI) adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dönə-dönə “süni” sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*