Ağdaşda 25 yaşlı gənc evində ölü tapılıb.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Nicat Bayram oğlu Qarayevin yaşadığı evdə meyiti aşkar edilib.
Onun psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
