İki azyaşlı su kanalına düşdü – Siyəzəndə dəhşətbackend

İki azyaşlı su kanalına düşdü - Siyəzəndə dəhşət

Siyəzəndə iki azyaşlı Taxtakörpü – Ceyranbatan su kanalına düşüb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.

Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*