Trampın gizli planı ortaya çıxdı: ABŞ İranın cənubunu ələ keçirəcəkbackend

Trampın gizli planı ortaya çıxdı: ABŞ İranın cənubunu ələ keçirəcək

ABŞ-ın İranın cənubunu ələ keçirmək məqsədilə desant qüvvələrini gizli şəkildə İsrailə göndərdiyi barədə iddialar yenidən Vaşinqton-Tehran münasibətlərini gündəmə gətirib. Məlumat amerikalı jurnalist Kennet Klipenşteyn tərəfindən yayılıb.

Bəs, ABŞ həqiqətən də İranın cənubuna hərbi müdaxilə edərək həmin əraziləri nəzarətə götürə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda ABŞ və İran arasında danışıqlar davam etsə də, tərəflər arasında qarşılıqlı gərginlik və hərbi xarakterli insidentlər müşahidə olunur.

Bakı və Moskva arasında gərginlik alovlana bilər | KONKRET

“ABŞ və İran arasında danışıqlar getsə də, tərəflərin vaxtaşırı bir-birinə zərbələr endirdiyinin şahidi oluruq. ABŞ-nin irəli sürdüyü şərtləri İran qəbul etmir. Hazırda İranın sosial-iqtisadi vəziyyəti də ağırlaşır. Baxmayaraq ki, SEPAH ABŞ-nin bölgədəki bazalarına zərbələr endirir, əgər Tehran razılaşmalara getməsə, ABŞ-nin İranın cənubuna qüvvə çıxarması ehtimalı nəzəri olaraq mümkündür”.

Politoloq hesab edir ki, belə bir ssenari baş verərsə, müharibə genişmiqyaslı və uzunmüddətli xarakter daşıyacaq.

“Lakin burada ABŞ-nin qısa müddətdə qalib gəlmək şansı demək olar ki, yoxdur. İranın coğrafi mövqeyi, hərbi potensialı və regiondakı təsir imkanları nəzərə alınarsa, belə bir əməliyyat Vaşinqton üçün ciddi risklər yaradar. Buna görə də ABŞ-nin bu addımı atacağı inandırıcı görünmür”.

M. Əsədullazadə vurğulayıb ki, hazırda diplomatik proses davam edir və genişmiqyaslı müharibə ehtimalı aşağı səviyyədə qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*