Trampın müşaviri Rusiyaya qarşı sanksiyalarla bağlı sual verən jurnalistə əsəbiləşdibackend

Trampın müşaviri Rusiyaya qarşı sanksiyalarla bağlı sual verən jurnalistə əsəbiləşdi

ABŞ Prezidentinin ticarət və istehsal məsələləri üzrə baş müşaviri Piter Navarro Rusiyaya qarşı sanksiyalarla bağlı sual verən jurnalistə sərt cavab verib.

KONKRET.az xəbər verir ki, jurnalist ABŞ qanunvericiləri Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edəcəyi təqdirdə, Prezident Donald Trampın həmin sənədi imzalayıb-imzalamayacağını soruşub.

Navarro isə belə hipotetik sualların verilməsindən narazılığını bildirib.

“Bunu etməyin, “əgər belə olsa, nə olacaq” tipli hipotetik suallar verməyin. Mən sizə məqalələrinizdə istifadə edə biləcəyiniz çox yaxşı, faktlara əsaslanan məlumatlar təqdim edirəm. Gedin, yaxşı məqalələr yazın”, – deyə Navarro bildirib.

Onun çıxışı PBS News telekanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, Piter Navarro Donald Tramp administrasiyasında ticarət və istehsal məsələləri üzrə baş müşavir vəzifəsində çalışır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*