Turist açıq-saçıq geyiminə görə cərimələndi – FİLİPPİNDƏ-FOTObackend

Turist açıq-saçıq geyiminə görə cərimələndi - FİLİPPİNDƏ-FOTO

Filippinin Borakay adasında bikinisi çox açıq olduğu üçün Tayvandan gələn bir turist 50 dollar cərimə olunub. KONKRET.az xəbər verir ki, səyyah açıq-saçıq bikinidə çimərlikdə rəfiqəsi ilə istirahət edirmiş. Hoteldə turistlərə bu cür geyimlərin uyğun olmadığı barədə xəbərdarlıq edilsə də, qonaq turist bunun “sənət növü” olduğunu izah edib və libasını dəyişdirməkdən imtina edib.
Səyyahın bir neçə şəkli İnternetdə də yayımlanıb.
Filippin çimərliklərində çox açıq paltar geyinməyi qadağan edən qanunlar olmasa da, polis tətil edənləri “erotik və ədəbsiz№ geyimə görə iki min yarım filippin pesosu (təxminən 50 dollar) cərimə edə bilər.

Bir cavab yazın