“Türk dünyasının formalaşması daha çox zehni təxəyyüldür. Ermənistan və Azərbaycan “İranın övladlarıdır” – İranlı ekspertlərdən cəfəng İDDİAbackend

“Türk dünyasının formalaşması daha çox zehni təxəyyüldür. Ermənistan və Azərbaycan "İranın övladlarıdır” - İranlı ekspertlərdən cəfəng İDDİA

Tehran Universitetinin Rusiya, Orta Asiya və Qafqazşünaslıq kafedrasının dosenti, anti-Azərbaycan mövqeli Bəhram Əmirəhmədiyan ermənipərəst iranlı ekspertlərin iştirakı ilə “Khabar Online” portalında keçirilən dəyirmi masada iddia edib ki, guya Azərbaycan ordusunu İran yaradıb və “Tehran qarşısını almasaydı, Ermənistan Bakıya doğru irəliləyərdi”.

KONKRET.az xəbər verir ki, ekspertin iddiasına görə, nə xəritələrdə, nə də yazılarda Zəngəzur dəhlizi deyilən bir şey yoxdur.

O, yenidən Zəngəzur dəhlizinə toxunaraq bildirib ki, bəziləri dəhlizin açılması ilə İranın Ermənistanla sərhədinin bağlanacağı fikrini irəli sürüb, ancaq bilmirlər ki, İran-Ermənistan sərhədi beynəlxalq səviyyədə tanınır və Ermənistan bundan faydalana bilər.

“Türkiyə və Azərbaycan Türk dünyasını yaratmaq üçün təzyiq göstərirlər. Bu yaxınlarda Türkiyə öz kitablarında Türküstan deyə bir şey olmadığı halda Mərkəzi Asiyanı Türküstan kimi qələmə verib;

Türkiyə və bir sıra ölkələr Türk Dövlətləri Şurasını dirçəltməyə çalışırlar, ancaq onların ortaq dili yoxdur… Qorxduğumuz bu Türk dünyası, Ermənistanla bir olduğumuz və birləşdiyimiz müddətdə heç bir zərər görməyəcəyik. Onların nəqliyyat üçün nəzərdə tutduqları dəhliz yaradılsa belə…”,- deyə ekspert əlavə edib.

Mənbə: Azad İran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*