Türk jurnalist İrəvanda bunları dedi, ermənilər dəli oldu – VİDEObackend

Türk jurnalist İrəvanda bunları dedi, ermənilər dəli oldu – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin bir sıra nüfuzlu media qurumlarının jurnalistlərini müsahibə üçün Ermənistana dəvət edib. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, onlardan biri də “CNN Türk”ün xəbər redaktoru İdris Arıkan olub.

Baş nazirlə müsahibə hələ yayımlanmasa da, Arıkanın İrəvandan hazırladığı reportaj erməni ictimaiyyətində rezonans doğurub.

Belə ki, CNN təmsilçisi 26 dəqiqəlik reportajı “Blokadada olan ölkə – Ermənistanda nə danışırlar?” başlığı ilə təqdim edib. Ermənistan KİV yazır ki, video qara çərçivə effekti ilə hazırlanıb və bu, mesaj mahiyyəti daşıyıb.

Reportajda Ermənistanın ağır iqtisadi vəziyyətdə olduğu, inkişaf perspektivinin azlığı və yeganə çıxış yolunun qonşuları, xüsusən də Türkiyə ilə münasibətlərin normallaşması olduğu vurğulanır.

Arıkanın İrəvanda yerləşən Göy məscidin qarşısında dayanaraq səsləndirdiyi fikirlər erməniləri ən çox qəzəbləndirən məqam olub. Jurnalist İrəvanı qədim türk şəhəri, məscidi də türk məscidi kimi təqdim edib. O, İrəvan adından və şəhərin tarixindən söz açıb.

Sözügedən video hətta Amerika Erməni Milli Komitəsi və erməni lobbisinin də diqqətini çəkib. Komitə “CNN Türk” və Arıkan əleyhinə çağırışlar səsləndirməyə və paylaşımlar etməyə başlayıb.

Qeyd edək ki, Türkiyənin 10 media qurumundan dəvət olunan jurnalistlərin Ermənistana səfəri hökumət tərəfindən maliyyələşdirilib.

Xatırladaq ki, Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*