Türkiyə ordusu İraqın şimalında PKK üzvü olan 9 terrorçu zərərsizləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitter hesabında paylaşım edib:
“İraqın şimalında terrorçuları sığındıqları yerlərdə məhv etməyə davam edirik. “Pəncə-1” bölgəsində 4, “Pəncə-Kilit”də 3, “Pəncə-qaplan” əməliyyat bölgəsində isə 2 olmaqla ümumilikdə 9 PKK terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib. Əməliyyatlarımız qətiyyətlə davam edir”.
