Türkiyə 3 min km mənzilli RAKET YARATDIbackend

Türkiyə 3 min km mənzilli RAKET YARATDI

Türkiyə 3000 km mənzilli öz ballistik raketini yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TGRT” telekanalı ehtiyatda olan ordu generalı Ərdoğan Karakuşa istinadən məlumat yayıb.

“Prezident Ərdoğan bu yaxınlarda Türkiyənin ilk ballistik raketinin (Tayfun) uçuş məsafəsinin 561 km-dən 1000 km-ə çatdırılmasının vacibliyini açıqladı. Türkiyənin müdafiə sənayesi 3 min km mənzilli ballistik raket yaradıb və uğurla sınaqdan keçirib”, – o deyib.

Qeyd edək ki, hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Mütəxəssislər Karakuşun “CENK” və “GEZGİN” raketlərini nəzərdə tutduğunu istisna etmir.

Qeyd edək ki, Türkiyə tərəfindən “Tayfun” raketinin sınaqları oktyabr ayında Qara dəniz üzərində həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanmış raket buraxılışdan sonra 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*