Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dənizin qərb hissəsi üzərində təlim uçuşları həyata keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin sosial media hesablarında paylaşılmış görüntülərdə təlim uçuşlarının gedişi əks olunub.
Bildirilib ki, təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar Balıkesir vilayətində yerləşən Türkiyə Hərbi Hava Qüvvələrinin 9-cu Reaktiv Aviasiya Bazasının pilotları tərəfindən uğurla yerinə yetirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
