Türkiyə İSRARLIDIR: “Biz Krımın ilhaqını tanımırıq”backend

Türkiyə İSRARLIDIR: "Biz Krımın ilhaqını tanımırıq"

Türkiyə Krımın ilhaqını tanımadığını yenidən bəyan edib.

KONKRET.az xəbər vrir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilir  ki, Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın Rusiyanın Krımı ilhaqını tanımaması ilə bağlı Türkiyənin mövqeyini bir daha təsdiqləyib.

Krımın ilhaqının ildönümü münasibətilə Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

“Ukraynanın bir hissəsi olan Krım Muxtar Respublikası 9 il əvvəl beynəlxalq hüquq normalarına zidd olaraq keçirilən qeyri-legitim referendum nəticəsində Rusiya Federasiyası tərəfindən ilhaq edilib. Yarımadanın yerli əhalisi olan Krım tatarlarının vəziyyəti Türkiyə üçün prioritet olaraq qalır.

Ankara Krım tatarları arasından olan soydaşların tarixi vətənlərində tarixi şəxsiyyətlərinin qorunub saxlanmasının tərəfdarıdır. Türkiyə Krım tatarlarının təhlükəsizliyini və dinc yaşayışını təmin etmək üçün səylərini davam etdirəcək”, – bəyanatda deyilir.

Rusiyanın 2014-cü il martın 16-da Krım Muxtar Respublikasının ərazisində Ukraynanın tərkibində keçirdiyi referendumun qeyri-legitim olması faktı qeyd edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*