Türkiyə maliyyə sistemini süni intellektə etibar edib.
KONKRET.az xəbər verir ki, ölkənin Xəzinə və Maliyyə Nazirliyi dövlət maliyyəsinin təhlili üçün süni intellekt texnologiyalarından istifadə etməyə başlayıb. Yeni sistem artıq 2 milyard türk lirəsindən çox vəsaitin səmərəsiz xərclənə biləcəyi istiqamətləri müəyyənləşdirib.
Süni intellekt səhvləri və şübhəli əməliyyatları ilkin mərhələdə aşkarlayır: bir il ərzində təxminən 150 milyon mühasibat yazısı, 18 milyon ödəniş tapşırığı və 10 milyon elektron faktura sistem vasitəsilə yoxlanılıb.
Rəqəmsallaşma həmçinin təxminən 200 milyon vərəq kağıza qənaət edilməsini təmin edib.
Natiq Səlim,
KONKRET.az
