Türkiyə ölümün qarşısını ala bilmir: 117 nəfərbackend

Türkiyə ölümün qarşısını ala bilmir: 117 nəfər

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 117 nəfər ölüb.

KONKRET.az-ın məlumatına görə, bu barədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, son 24 saatda 37 535  şübhəli koronavirus testindən keçib, onlardan 3083-nün cavabı pozitiv çıxıb. F.Qoca Türkiyədə indiyə qədər 750 944 nəfərin testdən keçdiyini deyib.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2376 nəfər ölüb, 98 674 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1814 nəfəri reanimasiyadadır, 16 477 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1559 xəstə bu gün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*