Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdibackend

Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında davam etdirdiyi antiterror əməliyyatında daha 10 PKK terrorçusu zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, hərbçilər hücum hazırlığında olan silahlı qruplaşmanın qarşısını alıb.

Eyni zamanda, Türkiyənin İraqın şimalında həyata keçirdiyi “Pəncə Kilid” əməliyyatında türkiyəli hərbçilər bazalara zərbə endirmək üçün nəzərdə tutulmuş və partlayıcı maddələrlə yüklənmiş uçuş aparatını zərərsizləşdirib.

Hər iki bölgədə antiterror əməliyyatları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*