Türkiyə Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizində hərbi təlimlər keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Təhlükəsizlik mənbələri mediaya bunun “adi bir təlim” olduğunu bildirsələrdə, təlim Türkiyə ilə ABŞ arasında gərginliyin artdığı və İsrailə dəstək məqsədilə Aralıq dənizinə son döyüş gəmilərinin göndərildiyi bir vaxta təsadüf edir.
“Sabah” qəzeti xəbər verir ki, təlimlərin Kiprin işğal altında olan şimal hissəsində yerləşən Morfou şəhəri sahillərində baş tutacaq.
Qeyd edək ki, ötən həftə prezident Ərdoğan ABŞ-ın Şərqi Aralıq dənizində qoşun yerləşdirməsini tənqid edib.
Ariz Həsənoğlu,
KONKRET.az
